Qubada əməliyyat - Narkotacir belə saxlanıldı - VİDEO

Quba rayonunda antinarkotik əməliyyatı keçirilib.

Referans Media xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən reallaşdırılan tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb.

Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki