Avtomobildən silaha: ABŞ zavodları raket istehsalına keçir

ABŞ-ın “Ford” və “General Motors” şirkətləri, eləcə də digər avtomobil istehsalçıları tezliklə ölkənin silahlı qüvvələrinin arsenalını doldurmaq məqsədilə silahlar, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, “Tomahavk” qanadlı raketləri istehsal etməyə başlaya bilər.

Referans Media  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, iyunun 24-də ABŞ-ın ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüş keçirməyi planlaşdırır:

“Ölkənin hər yerində çoxlu fabrik tikirik. Onlar “General Motors” və “Ford”la danışıqlar aparırlar. Amma bilirəm ki, “General Motors” hazırda silah biznesindən olduqca məmnundur. Onların yenidən profilləşdirilməsi planlaşdırılan bir neçə zavodu var. Biz “Patriot”, “Tomahavk” və daha çox silah istehsal edəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki