"Qarabağ”dan ayrılan qapıçının yeni klubu bəlli oldu

"Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu bəlli olub.

Referans Media  xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi "Farense”yə transfer olunub.

Bu barədə klub rəsmi məlumat yayıb.

"Farense” yeni transferini azarkeşlərə təqdim edərək, "Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.

Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın "İnqolştadt” klubundan "Qarabağ”a transfer olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki