Sumqayıtda boks üzrə respublika çempionunun meyiti tapıldı

Sumqayıt şəhərində kişi meyiti aşkarlanıb.

Referans Media  xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Rza Rzayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Meyitə ilkin baxış keçirilib və araşdırmalara başlanılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki