Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində olub.
“Chevrolet Equinox” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı Gəncə tibb mərkəzinə çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin avtomobil yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo.az)
