Bu axşamdan Həccin əsas əməlləri BAŞLAYIR

Bu axşamdan etibarən Böyük Həccin əsas əməlləri başlayır. Azərbaycanlı zəvvarların da bir hissəsi artıq Məkkədən Mina dağına yola düşməyə başlayır.

Referans Media xəbər verir ki, bu barədə Məkkədən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Mayın 26-sı axşam isə zəvvarlar Ərəfatdan Müzdəlifəyə yola düşəcəklər.

Bununla da zəvvarlarımız Həccin əsas əməllərini yerinə yetirmiş olacaqlar. Bu il Həcc ziyarətinə 1,6 milyon müsəlman gedib. Azərbaycanın kvotası isə 1 150 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı mayın 27- 28-i qeyd olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki