Füzulidə at belində olan 77 yaşlı kişini ildırım vuraraq öldürdü

Füzuli rayonunda faciəvi hadisə baş verib.

Referans Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Zobucuq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd sakini olan Hacıyev Əlyar Güləhməd oğlu at belində qoyun təsərrüfatına nəzarət edərkən onu ildırım vurub. Hadisə qəfil başlayan yağışlı hava zamanı baş verib.

Nəticədə, 77 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki