14 ildən sonra Premyer Liqanı tərk etdilər

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Referans Media xəbər verir ki, Londonun "Vest Hem" klubu sonuncu - 38-ci tur çərçivəsində "Lids" ilə keçirilən matçdan sonra Premyer Liqa ilə vidalaşıb.
 

Matçda qalib tərəf "Vest Hem" olsa da (3:0), əsas rəqibləri "Tottenhem"in "Everton"u məğlub etməsi səbəbindən bu qələbə London təmsilçisini xilas etmək üçün kifayət etməyib.


Beləliklə, yekun nəticələrə əsasən, 18-ci pillədə qərarlaşan "Vest Hem" 14 illik fasilədən sonra Çempionşipə yuvarlanıb. "Tottenhem" isə 17-ci yeri tutaraq elitada qalmağı bacarıb. (qol.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki