21 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.

Referans Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

21 yaşlı Bəşirova Lamiyə qətlə yetirilib.

Onun hadisəni törətməkdə şübhəli bilinən əri, Bəşirov Natiq Araz oğlu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları var.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki