Nizami rayonunun bir hissəsində işıq olmayacaq

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Referans Media xəbər verir ki, bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
 

"Mayın 25-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.


Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki