Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir

Apellyasiya müraciətlərinin ödənişli olmasını istərdik.

Referans Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Baku TV” televiziya kanalına birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsassız apellyasiya müraciətləri kifayət qədər böyük resurslara başa gəlir:

“Biz çox istərdik ki, apellyasiya prosesi ödənişli olsun. Hələ ki, qaydalar buna imkan vermir. Qeyd etmişdim ki, bu proses bizdə kifayət qədər resurs aparır. Heç olmasa əsassız apellyasiya hallarının ödənişli olmasını istərdik. İnsanlar başa düşməlidir ki, yüz minlərlə iş yoxlanılır. Bunların hamısına sistemdə baxılır. Ona görə də, apellyasiya prosesinin ödənişli olmasını istərdik”.

  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki