Fransada təsirini davam etdirən ekstremal istilər fonunda son 5 gündə 40 nəfərin boğulduğu açıqlanıb.
Fransanın Baş naziri Sebastien Lecornu yüksək temperaturla bağlı aidiyyəti nazirlərlə keçirdiyi iclasdan sonra jurnalistlərə bildirib ki, iyunun 18-dən etibarən ölkə üzrə sərinləmək üçün suya girən 40 nəfər boğularaq həyatını itirib.
Baş nazir vətəndaşları isti hava şəraitində daha ehtiyatlı olmağa çağırıb.
Təxminən 10 gündür güclü istilərin hökm sürdüyü Fransada bu gündən etibarən 54 vilayətdə hava ilə bağlı xəbərdarlıq səviyyəsi qırmızı səviyyəyə qaldırılıb.
Ölkənin bir çox şəhərində havanın temperaturu 40 dərəcəni keçib. Həmçinin, yüksək istilərlə əlaqədar yüzlərlə məktəbdə tədris müvəqqəti dayandırılıb.
