Eltun Yaqublu "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.
Bu barədə Referans Media-ya klubun mətbuat xidmətindən bildirilib.
Mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, E.Yaqublu 2020-2025-ci illərdə "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.
