ABŞ ordusu İrana qarşı zərbələrin bərpasından sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançı təyyarəsindən istifadə edib.
Referans Media xəbər verir ki, bu barədə iyulun 23-də "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, amerikalı hərbçilər çərşənbə axşamı İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbə endirmək üçün B-1 uzunmənzilli bombardmançısını işə salıblar. Bu texnikanın döyüş əməliyyatlarına cəlb olunması ABŞ-ın hərbi kampaniyasının əhəmiyyətli dərəcədə gücləndiyini və miqyasının genişləndiyini göstərir.
"Axios"un mənbələri qeyd ediblər ki, hərbi əməliyyat və İran ərazisinə zərbənin endirilməsi üçün Böyük Britaniyanın hərbi bazasından istifadə olunub./Publika.az
