SENSASİON İDDİA! İran rəhbərliyinə sui-qəsd MÜZAKİRƏSİ: Hədəfdə onlar var

ABŞ hakimiyyəti İrana yeni zərbələr endirilməsi imkanlarını müzakirə edir. Bu zərbələrin hədəfi İslam Respublikası rəhbərliyinin sərt xətt tərəfdarlarının aradan götürülməsi ola bilər.

Referans Media xəbər verir ki, bu barədə "NBC News" amerikalı rəsmi şəxsə və müzakirələrin gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Administrasiyadakı bu addımın tərəfdarları hesab edirlər ki, belə bir qərar ABŞ prezidenti Donald Trampa müharibəni başa çatdırmağa kömək edəcək.

Lakin bu ideyanın əleyhdarları xəbərdarlıq edirlər ki, İran rəhbərlərinin aradan götürülməsi Tehranın mövqeyini daha da sərtləşdirə və gələcək sülh danışıqlarına olan etimadı sarsıda bilər.

Amerikalı rəsmilərin təhlükəsizliyinə yönəlmiş təhdidlərin mümkün artımı da ciddi narahatlıq doğurur.

Belə ki, İran tərəfindən gələn təhdidlər səbəbindən ABŞ-nin maliyyə naziri Skott Bessent daha əvvəl Vaşinqton yaxınlığındakı hərbi bazaya köçüb.

"NBC News"un mənbələrinin məlumatına görə, Tramp hələlik yekun qərar qəbul etməyib.

İran rəhbərlərinin aradan götürülməsi ehtimalı artıq uzun müddətdir müzakirə olunur, lakin son həftələrdə müharibənin başa çatdırılması yollarının axtarışı fonunda bu diskussiyalar daha da fəallaşıb.

Müharibənin əvvəlində ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində ölkəyə 36 il rəhbərlik etmiş İranın ali rəhbəri Əli Xamenei həlak olub. Mart ayında onun varisi oğlu Müctəba Xamenei olub. O da aviazərbələr nəticəsində xəsarət alıb və bir müddət ictimaiyyət qarşısına çıxmayıb.

Bəzi amerikalı rəsmilər və ekspertlər Müctəba Xameneini atasından daha sərt xətt tərəfdarı hesab edirlər.

Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki