SEPAH Hörmüzün açılması üçün yeganə şərti açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti Hörmüz boğazının şərq hissəsində daha iki gəminin dəniz minalarına düşərək partladığını iddia edib.

Referans Media xəbər verir ki, bəyanatda həmin gəmilərin “qayda pozan” olduğu bildirilib.

SEPAH-ın məlumatına görə, partlayışlardan sonra gəmilərin göyərtəsində yanğın başlayıb.

Qurum Hörmüz boğazının açılması ilə bağlı mövqeyini də açıqlayıb. Bəyanatda bildirilib ki, İranın məqsədlərinə və tələblərinə nail olunana qədər boğaz açılmayacaq./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki