UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Uelsin TNS klubu Bakıya azarkeşsiz gələcək.

Referans Media xəbər verir ki, bunu "Report.az"a açıqlamasında paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

"TNS Bakıya iyulun 5-də, axşam saatlarında gələcək. Uelsdən azarkeşlərin gəlməsi gözlənilmir", - klub rəsmisi vurğulayıb.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki