İran milli yığması və Təbrizin “Traktor” futbol komandasının qapıçısı Əlirza Biravənd nə milli yığma və nə də Təbriz təmsilçinin qapısını qorumayacaq.
Referans Media xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.
Məlumata görə, iyulun 1-də Dünya Çempionatından İran milli futbol komandası ilə birgə Tehrana qayıdan Əlirza Biranvəndin hərbi xidmətə çağırış məktubu almasıdır.
“Traktor”la müqavilə müddəti bitməyən və klubda daha bir mövsüm keçirməli olan Biranvənd avqustun sonlarında hərbi xidmətə yollanmalıdır.
