İran Ordusunun komandanı Hatəmi: "Xameneinin qisasını alacağıq"

İran Ordusunun komandanı, general-mayor Əmir Hatəmi ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin qisasını alacaqlarını bəyan edib.

İran dövlət televiziyasına danışan Hatəmi Xameneinin dəfn mərasimi ilə bağlı çıxışında bildirib:

"Bu şəhadət bizim iradəmizi daha da gücləndirib. İran xalqının düşmənləri olan ABŞ və İsrail bilməlidirlər ki, şəhid imamımızın (Xameneinin) və bütün şəhidlərimizin qisasını alacağıq".

Qeyd edək ki, İranın keçmiş ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi hücum zamanı həlak olub.

Hazırda Tehranda Xamenei üçün dövlət səviyyəsində vida mərasimi keçirilir. Təxminən bir həftə davam edəcək mərasimlərdən sonra onun iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki