ABŞ mətbuatından sensasion iddia: Beş ildən sonra ilk – Putin ilə Zelenski görüşəcək

ABŞ mətbuatının xəbərinə görə, Prezident Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Florida ştatında keçirilən kritik görüş, Moskva–Kiyev xəttində beş ildən artıqdır bağlı olan birbaşa əlaqə kanalının yenidən açılacağı gözləntilərini yaradıb.

Beş ildən sonra ilk telefon görüşü ola bilər

Fox News-in mənbəyə istinadla verdiyi xəbərə görə, bu görüşlər Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında 2020-ci ildən bəri ilk telefon əlaqəsinin yaxın gələcəkdə reallaşa biləcəyinə ümid yaradıb.

Mənbənin bildirdiyinə görə, Trump–Zelenski görüşü barış səylərində kritik mərhələdir. Zelenski–Putin arasında birbaşa təmasın təmin olunması Tramp üçün “diplomatik qələbə” kimi qiymətləndirilir. Mənbə əlavə edib ki, əgər Putin də bu prosesə daxil olarsa, bu, sülh danışıqlarının hazırlıq mərhələsində ən böyük uğur sayılacaq.

Tramp: “Son mərhələdəyik”

Görüşdən əvvəl Tramp, Zelenski ilə əlaqəyə girmədən öncə Putin ilə telefon danışığı apardığını təsdiqləyib. Prezident Tramp, bu əlaqəni “yaxşı və olduqca məhsuldar” adlandıraraq, “bir razılaşmanın təməlinin qoyulduğuna” inandığını bildirib.

Floridaya gələn Zelenski isə jurnalistlərə açıqlamasında prosesin sürətlə irəliləyə biləcəyini vurğulayıb: “Məncə son mərhələdəyik. Ya bu proses başa çatacaq, ya da uzun müddət davam edəcək. Əks halda milyonlarla insan həyatını itirəcək.”

Zelenski niyə Putinlə danışa bilmir?

Xəbərlərə görə, Zelenski ilə Putin arasındakı son birbaşa təmas 2020-ci ilin iyul ayında baş tutub. Həmin görüş Ukrayna kəşfiyyatının Rusiya “Vagner” qrupuna qarşı uğursuz əməliyyatından sonra həyata keçirilib və bu tarixdən sonra Putin Zelenski ilə birbaşa əlaqəni kəsib.

Zelenski bir neçə dəfə Putinlə görüşmə təklif etsə də, Moskova tərəfindən cavab ala bilməyib. 2024-cü ilin avqust və sentyabr aylarında qısa müddətli təmas imkanları olsa da, Ukrayna tərəfinin Kursk bölgəsinə hərbi əməliyyatları bu ehtimalları aradan qaldırıb.

Gərgin və məsafəli münasibətlər

Fox News-in məlumatına görə, Zelenski kritik görüşlərdən əvvəl gərgin olur və uzun müddət notlarını hazırlayır. Əvvəlki görüşlərdə Zelenski daha uyumlu və ehtiyatlı davranır, Putin isə çox vaxt səssiz və məsafəli qalır.

Müzakirə masasında: 20 maddəlik sülh planı

Florida görüşündə əsas müzakirə mövzusu ABŞ dəstəyi ilə hazırlanmış, təxminən 90%-i tamamlanmış 20 maddəlik sülh planı olub. Plana görə, Ukrayna şərqdə bəzi bölgələrdən məhdud hərbi qüvvə çıxara bilər, amma Rusiya həmin bölgələrdəki nəzarəti rəsmi olaraq tanımayacaq və əsgərsizləşdirilmiş bölgələr yaradılacaq. Zelenski planın Moskva tərəfindən 60 günlük atəşkəsin qəbul edilməsi halında milli referendumda təqdim edilə biləcəyini vurğulayıb.

Zelenski: Təhlükəsizlik zəmanətləri şərtdir

Zelenski sülh prosesində ən kritik məsələnin təhlükəsizlik zəmanətləri olduğunu bildirərək, ABŞ-dan hüquqi baxımdan bağlayıcı təminatlar tələb edib. O deyib: “Ən önəmli məsələ gələcək rus hücumlarının qarşısını alacaq bağlayıcı təhlükəsizlik zəmanətləridir. Bu, böyük ölçüdə Prezident Tramp-a bağlıdır.”

Növbəti addım kritikdir

Fox News-in vurğuladığı kimi, Tramp–Zelenski görüşü yalnız Vaşinqton–Kiyev xəttində deyil, Moskva–Kiyev əlaqələrində də beş ildən çoxdur bağlı olan birbaşa əlaqə kanalının açılması üçün kritik bir proses sayılır. Gözlər indi bu görüşlərin Putin ilə Zelenski arasında ilk birbaşa görüşə çevrilib-çevrilməyəcəyindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki