Azərbaycana güclü isti hava kütlələri daxil ola bilər – SƏBƏB

Noyabrın sonuna yaxınlaşsaq da, Bakıda bu payız hava əsasən mülayim keçib. Təkcə Bakıda deyil, bölgələrdə də günəşli, sakit hava şəraiti üstünlük təşkil edib.

Payızın yağışlı, küləkli və soyuq keçməməsi qışın gedişatına təsir göstərə bilərmi? Mövcud hava şəraiti qarşıdakı fəsillər üçün nə vəd edir?


Referans Media-ın məlumatına görə, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə fəsillərin dəyişməsi xarakterik iqlim xüsusiyyətidir:

“Azərbaycanda, quru subtropik ərazilərdə fəsillərin dəyişməsi təbii prosesdir. Teya planetinin Yer kürəsi ilə toqquşmasından və planetimizin oxunun meyilliyinin dəyişməsindən sonra bu proses formalaşıb. Əcdadlarımız da bu iqlim xüsusiyyətlərinə uyğun yaşayıb, mədəniyyətlər və ənənələr bu əsasda formalaşıb. Hazırda noyabr ayıdır və payız fəslinin son ayını yaşayırıq. Havalar da ümumilikdə payız fəslinə uyğun, normal keçir”.

Mütəxəssisin sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə gündüz saatlarında belə qısa müddətli şaxtalı günlərin müşahidə olunması normaldır:

“Bəzi günlərdə yağışın, sulu qarın və qarın yağması da bu fəsil üçün xarakterikdir. Ümumiyyətlə, müəyyən iqlim anomaliyalarının müşahidə olunması gözləniləndir. Ancaq bunlar adi hallar deyil, anomaliyalardır. İqlim dəyişiklikləri nəticəsində arktik hava kütlələrinin qəfil ərazilərimizə daxil olması və ya cənubdan güclü isti hava kütlələrinin qısa müddətə atmosfer cəbhəmizə nüfuz etməsi mümkündür. Bu cür hallar iqlim dəyişikliklərinin yaratdığı problemlər fonunda gözləniləndir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki