image-olexnpb2hkxe0scfxjnu5mmhckxeftx0tgthpffz_1200backend

ADY yeni istiqamət üzrə sürət qatarları işə salacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni istiqamət üzrə sərnişindaşıma fəaliyyətinə başlayacaq.

Referans Media “Report”a istinadən xəbər verir ki, sürət qatarları Kürdəmir dəmiryol stansiyasında da dayanacaq.

Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir dəmiryol stansiyasında təmir işləri həyata keçirilir.

Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki