image-yangin_fhnbackend

Ağcabədidə faciə: Ev yanğını 12 yaşlı yeniyetmənin həyatına son qoydu

Ağcabədidə fərdi yaşayış evində baş verən yanğın zamanı 12 yaşlı oğlan ölüb.

Referans Media  bildirir ki, “Report” un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qoyamıddinli kəndində qeydə alınıb.

Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi evdə, yanğın zamanı 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu ölüb.

Faktla bağlı araşdırma başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki