Ağcabədidə yanğın var – FOTOLAR

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

Referans Media  “Report”a istinadən bildirir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

ff 12

ff 13


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki