104 min müəllim sertifikatlaşdırmaya cəlb olunub.
Referans Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, sertifikatlaşdırmadan keçən 73 min nəfərin əməkhaqqına əlavə olunub.
O bildirib ki, 20 min nəfər isə ilk dəfə sertifikasiyaya cəlb olunub.
