Vətəndaşlara TƏCİLİ vəziyyətlə bağlı xəbərdarlıq edildi - Bu ölkədə

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi ölkənin cənub sərhədinə yaxın yerləşən Xamis Muşayt, Abha, Cizan və Nəcran şəhərlərində yaşayan əhaliyə yüksək səviyyədə ehtiyatlı olmağı tövsiyə edib.

Referans Media xəbər verir ki, qurumun rəsmi sosial media hesablarında yayılan açıqlamada mümkün fövqəladə vəziyyətlərə qarşı bütün tədbirlərin görülməsi istənilib. Can və mal təhlükəsizliyinin qorunması üçün fövqəladə vəziyyət protokollarına tam əməl etməyin vacibliyi vurğulanıb.

Həmçinin əhaliyə səlahiyyətli qurumların verəcəyi operativ göstərişləri diqqətlə izləmək çağırışı edilib.

Dörd şəhəri əhatə edən genişmiqyaslı xəbərdarlığın hansı səbəbdən verildiyi isə açıqlanmayıb.

Bunun təbii fəlakət, meteoroloji təhlükə və ya bölgədə hər hansı təhlükəsizlik hadisəsi ilə bağlı olub-olmadığı barədə məlumat verilməyib.

Səlahiyyətli qurumların təhlükənin mənbəyi ilə bağlı susması həm ölkə daxilində, həm də beynəlxalq mediada müxtəlif sualların yaranmasına səbəb olub.

Hazırda bölgədə gözləmə davam edir və xəbərdarlığın səbəbi ilə bağlı rəsmi açıqlama gözlənilir./musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki