Bakı Olimpiya Stadionuna yeni mətbuat katibi təyin olunub.
Referans Media xəbər verir ki, Firuz Abdulla arenanın İctimaiyyətlə Əlaqələr və tədbirlərin təşkili şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Firuz Abdulla daha əvvəl AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb. O, həmin postdan 2023-cü ilin iyulunda ayrılıb.
