Azərbaycanın 5 şəhəri ilə bağlı xoş xəbər

“Rəqəmsal məktəb” platforması daha 5 şəhər və rayonu əhatə edəcək”.

Referans Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib.

O bildirib ki, “Rəqəmsal məktəb” platforması Bakıdan başqa daha 5 şəhər və rayonda əhatə olunur:

“Platformanın tətbiq olunduğu məktəblərin sayının 349-dan 550-dən çoxa çatdırılması nəzərdə tutulur. Layihə Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeronu əhatə edir”.

Nazir bildirib ki, ötən tədris ilində platformadan direktor, müəllim, şagird və valideynlər daxil olmaqla 900 mindən çox istifadəçi yararlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki