Ağstafa xəstəxanasında xəstə 2-ci mərtəbədən yıxılaraq həyatını itirdi

  Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.

Referans.az  “apa.az”a istinadən xəbər verir ki, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb. 

Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsinin ikinci mərtəbəsindən yıxılıb. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olamayıb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki