Eşşək arıları ofisi zəbt edib

İngiltərədə şşək arıları təbiəti mühafizə fondunun rəhbərinin ofisində yuva qurub.

Referans Media xəbər verir ki, Norfolk Vəhşi Təbiət Fondunun rəhbəri Eiliş Rotni həftələrlə ərazidə araşdırma apardıqdan sonra ofisinə qayıdanda eşşək arıları ilə qarşılaşıb. Kiçik başlayan yuva zamanla böyüyərək qovluqlara, rəflərə və müxtəlif boşluqlara yayılıb.

Fond hadisəni yumorla qarşılayaraq arıları “işə qəbul prosesindən keçmədən ofisə yerləşən yeni əməkdaşlar” adlandırıb.

Rotni yaban arıları ilə qarşılaşan insanlara sakit qalmağı və uzaqlaşmağa çalışmağı tövsiyə edib. Arıların payızda yuvanı tərk edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki