Rusiyada Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məzmunları silmədikləri üçün Telegram və Google-u cərimələyib. Telegram 18,4 milyon, Google isə 7,6 milyon rubl cərimə ödəyəcək.
Referans Media xəbər verir ki, ölkədə daha əvvəl Instagram, YouTube, X və TikTok kimi platformalar da oxşar səbəblərlə cərimələnib. Telegram-a Rusiyada giriş məhdudlaşdırılıb.
