Belçikada temperaturun yenidən yüksəlməsi ilə əlaqədar ölkə üzrə bazar gününə qədər sarı isti hava xəbərdarlığı qüvvədə olacaq.
Referans Media xəbər verir ki, Meteoroloqların məlumatına görə, bu gün ölkənin daxili bölgələrində temperatur 33 dərəcəyə, sahil ərazilərində isə 29 dərəcəyə çatacaq. Cümə axşamından etibarən Flandriyanın bütün ərazisində, eləcə də Valon Brabant və Lyejdə xəbərdarlıq səviyyəsi narıncı olacaq. Bir çox bölgədə temperaturun 35 dərəcəyə yüksələcəyi gözlənilir.
İsti hava səbəbilə vətəndaşlara günün ən isti saatlarında çölə çıxmamaq, bol su içmək və ağır fiziki fəaliyyətlərdən uzaq durmaq tövsiyə olunur.
