Aşağı təzyiqin gizli təhlükəsi – Adi hal hesab etdiyimiz vərdişlər faciəyə aparır! – VİDEO

Təzyiqin normadan aşağı olması bəziləri üçün adi hal, digərləri üçün isə ciddi problemin xəbərçisi ola bilər. Xüsusilə 90/60 və daha aşağı göstəricilərdə başgicəllənməsi, göz qaralması və hətta huş itirmə ilə müşayiət olunduqda, buna sadəcə “aşağı təzyiqdə normal haldır” deyib keçmək olmaz.

Sosial şəbəkədə yayılan bir videoda gənc qız oturduğu yerindən qalxıb soyuducuya doğru gedərkən qəfil halı pisləşir və huşunu itirir. Şərhlərdəki etiraflardan isə məlum olur ki, yeni nəsil nümayəndələri son illər bundan daha çox əziyyət çəkir, üstəlik bu vəziyyətə barmaqarası baxır.

Referans Media məlumatına görə, mövzu ilə əlaqədar həkim-endokrinoloq Babək Səfərov Bizim.Media-ya bildirdi ki, xüsusilə gənc nəslidə rastlanan bu xroniki və qəfil xəstəlik çox vaxt orqanizmin müasir texnologiyadan və onunla bərabər gələn yan təsirlərdən qaynaqlanır:

“Aşağı təzyiq olaraq bildiyimiz hipotoniya və ya hipotansionun tədricən yaranması  uzunmüddətli amillərlə bağlıdır: anemiya (qan azlığı), dərialtı maye miqdarının azalması, hormon, trioid vəz problemləri və s. Bunun müalicəsi də mütəmadi və zamanla aparılmalıdır. Amma qəfil meydana gəlirsə, təhlükəli sağlamlıq vəziyyətlərinin göstəricisi ola bilər. Xəstə ciddi qan itkisi və ya ağır allergik reaksiyalar yaşayıbsa ardınca belə bir hal gözləniləndir.

Lakin ən böyük problem, daha doğrusu günümüzün bəlası – gənclərin saatlarla bağlı məkanda, kondionerin altında, əlüstü, yəni qeyri-sağlam qidalanmaqla telefonlara bağlı qalmasıdır. Beyinə oksigen getmir, qanla zəif təchiz olunur. Bütün günü eyni vəziyyətdə aşağı olan baş-boyun hissəsi qəfil hərəkət zamanı, ayağa qalxan kimi huşun itməsinə səbəb ola bilər”.

Həkim deyir ki, belə məqamda şəxs yıxılarkən daha ciddi travmalar ala bilər, evdə yalnızdırsa, xəstəxanaya gec çatdırıla, yaxud heç çatdırılmaya bilər və s.

Ona görə də qan dövranının düzgün tənzimlənməsi üçün fiziki aktivlik və gündəlik vərdişlərdə edilməli olan dəyişikliklər və daha sağlam qidalanma mütləqdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki