Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovun videosunu paylaşıb.
Referans Media xəbər verir ki, sənətçi rayona gedərkən avtomobilə cəyirtkə girdiyini bildirib. Xuraman həmin anları videoya çəkərək sosial şəbəkə hesabında yayımlayıb.
“Bu boyda kişi cəyirtkədən qorxur. Ərimin başına iş gəlib. Bu boyda yolda maşını saxlamaq kimin ağlına gələr? Məni biabır edirsən. Məni boşayacaq. Maşını töküb axtarır” deyə, Xuraman bildirib.
Elçin isə həyat yoldaşından görüntüləri paylaşmamasını istəyib:
“Çək, qoy yutuba. Paylaşma, əsəbiləşirəm. Etmə, məni biabır etmə. Xoşum gəlmir. Qorxmuram, narahat edir”.
Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var.
(Axşam.az)
