Fransada rekord istilər və quraqlıq ciddi su çatışmazlığına səbəb olub. Ölkənin 80 faizdən çoxu quraqlıq təhlükəsi ilə üz-üzədir.
Referans Media xəbər verir ki, Avqustun 1-nə olan məlumata görə, quruyan çayların sayı bir ayda 554 artaraq 1373-ə çatıb. Quraqlığın ötən illə müqayisədə təxminən iki dəfə şiddətli olduğu bildirilir.
Ölkənin yarıdan çoxunda su məhdudiyyətləri tətbiq edilir. Eyni zamanda, 78 departamentdə narıncı xəbərdarlıq elan olunub, bəzi bölgələrdə temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.
