“Apple”ın ən çox gözlənilən proqram yeniləmələrindən biri olan iOS 27 üçün geri sayım başlayıb. İyun ayında təqdim olunması gözlənilən bu versiya ilə yanaşı, bəzi köhnə “iPhone” modellərinin dəstək siyahısından çıxacağı artıq dəqiqləşir.
Referans Media xəbər verir ki, məlumatlara görə, xüsusilə 2019-2020-ci illərdə təqdim edilən bəzi cihazlar yeni yeniləməni almayacaq. Bu isə həmin modellər üçün proqram təminatı dəstəyinin sonu deməkdir.
Bu modellər uzun illər ərzində stabil yeniləmələr alsa da, artıq texniki imkanlar yeni nəsil xüsusiyyətlər üçün kifayət etmir. Xüsusilə A13 Bionic prosessorunun güc limitinə çatması, RAM məhdudiyyətləri və süni intellekt əsaslı yeni funksiyaların artması bu qərarın əsas səbəbləri kimi göstərilir.
Qeyd edək ki, Apple daha əvvəl də iPhone XR və iPhone XS modelləri üçün yeniləmə dəstəyini dayandırmışdı./milliaz























