"Arsenal" liderdir, amma "Siti" nəfəsini kəsir! Çempion kim olacaq?

İngiltərə Premyer Liqasında çempionluq yarışı son həftələrə doğru daha da gərginləşib.

Referans Media xəbər verir ki, təxirə salınmış oyunda  "Kristal Palas" üzərində 3:0 hesablı qələbə qazanan "Mançester Siti", lider "Arsenal" ilə arasındakı xal fərqini 2-yə endirib.

"Etihad" stadionunda keçirilən matçda "Siti" rəqibini inamlı oyunla məğlub edib. Komandanın qollarını Antuan Semenyo, Ömər Marmuş və Savinyo vurub.

Bu nəticədən sonra "Mançester Siti" xallarını 77-yə yüksəldib, "Arsenal" isə 79 xalla zirvədə qalmağa davam edir.

Premyer Liqada sona iki tur qalmış vəziyyət belədir:

Arsenal: 79 xal
Mançester Siti: 77 xal

Arsenal qalan oyunlarda "Börnli" və "Kristal Palas" ilə qarşılaşacaq. "Mançester Siti" isə "Bornmut" səfərinə çıxacaq və mövsümü "Aston Villa" matçı ilə tamamlayacaq.

İngiltərədə futbol azarkeşləri artıq həlledici mərhələyə fokuslanıb. Hər iki komandanın səhv etməyə haqqı yoxdur və çempionun kim olacağı son turlarda müəyyənləşəcək.

İngiltərə Premyer Liqası
31-ci tur

13 may

Mançester Siti – Kristal Pelas 3:0
Qollar: Semenyo, 32. Marmuş, 40. Savinyo, 84.


 
 
 
 
 
 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki