ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-yə məxsus enerji və neft hüquqlarını “qanunsuz şəkildə” ələ keçirdiyini iddia edərək, “Bunları geri istəyirik” deyib.
“Referans MEDİA” bildirir ki, Tramp Joint Base Andrews hərbi hava bazasında jurnalistlərə verdiyi açıqlamada Vaşinqtonun Venesuelaya qarşı artan təzyiqləri ilə bağlı mövqeyini bölüşüb. O, Venesuelanın “etməməli olduğu addımları atmasına bundan sonra yol verilməyəcəyini” vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, Venesuela ölkəsinə məxsus bütün enerji hüquqları əlindən alınıb: “Bütün enerji hüquqlarımızı mənimsədilər. Qısa müddət əvvəl isə neftimizi qanunsuz şəkildə ələ keçirdilər.”
