Arzularına BALI ÇATMADI: Bəs indi nə etməlidir? backend

Arzularına BALI ÇATMADI: Bəs indi nə etməlidir? 

Hər
il yüzlərlə abituriyent məhz balı çatmadığı üçün istəmədiyi ixtisası seçir və
bu sahədə tədris alır. Amma böyük ehtimal gələcəkdə ya bu sahədə işləmir, ya da bir
müddət çalışdıqdan sonra uzaqlaşır. İstəmədiyi ixtisası seçən abituriyentlər bunu
adətən vaxt itirmək istəmədikləri üçün etdiklərini deyirlər. Həmçinin valideynlərin
də təkidi danılmazdır.

Abituriyentlər
istədikləri ixtisasa balları çatmadıqda növbəti ili gözləməlidirlər yoxsa uyğun
ixtisasda oxumalıdırlar? Valideynlər bu məsələyə necə yanaşmalıdır?

Təhsil
eksperti Elşən Qafarov Referans
-a açıqlamasında bu sualları cavablandırıb.

“Dövlət
İmtahan Mərkəzinin keçirdiyi imtahan mexanizmi Azərbaycanda ali məktəbə sənəd
verən hər 100 nəfərdən ən azı 95 faizinin istədiyi ixtisas üzrə təhsil alma
imkanına məhdudiyyət yaradır. Belə ki, qrup imtahanlarının keçirilməsi dünyanın
heç bir ölkəsində praktikada yoxdur. Nəticə etibarı ilə bir çox şəxslər təmamilə
istəmədikləri sahələrə düşmək məcburiyyətində qalır. Bu bəzən təhsilin yarımçıq
qalmasına və yaxud da ikinci ali təhsil alması üçün əlavə vaxt, enerji xərcləməsinə
gətirib çıxarır. Bu problem illərlə var və biz illərdir təklif edirik ki, Dövlət
İmtahan Mərkəzinin qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun. Yəni
hər bir şəxs bir ixtisas üzrə sənəd versin. Qrup üzrə sənəd qəbulu qəbuledilən
deyil. Məsələn, tarix müəllimi olmaq istəyən ölkənin neçə ali təhsil müəssisəsində
tarix müəllimliyi ixtisası tədris olunursa, hər birinə sənər verməlidir. Amma
bizdə tarix müəllimliyinə sənəd verənlərin xarici dil müəllimliyinə, xarici dil
müəllimliyinə sənəd verənlərin isə hüquqa qəbul olması olduqca absurddur”.

 

Ekspert
qeyd edib ki, nə qədər ki, bu mexanizm yenidən qurulmadıqca problem gündəm
olaraq qalacaq. Abituriyentlər istəmədikləri ixtisaslarda təhsil almağa davam
edəcəklər.

 

“Valideynlərin
də yanaşması bu məsələdə düzgün deyil. Onlar da uşaqlarının sadəcə universitet
oxumaları üçün “hansı ixtisas olur, olsun” fikri ilə yanaşırlar. Bu problemin
başqa sosial tərəfləri də var. İstənilməyən ixtisaslar oxunduqca bu sahələrdə
kadrlar da azalacaq. Amma hər kəs arzuladığın ixtisasda təhsil alsa, sonda
gedib həmin sahədə çalışsa, vətənə, millətə daha faydalı olar”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki