Moskva hava limanlarında XAOS: Paytaxt merindən TƏCİLİ AÇIQLAMA backend

Moskva hava limanlarında XAOS: Paytaxt merindən TƏCİLİ AÇIQLAMA 

Moskvadan Çelyabinskə uçmalı olan sərnişinlər pilotsuz uçan aparatların hücumu səbəbindən Vnukovo hava limanında ilişib qalıblar və qida təminatının olmamasından şikayət edirlər.

Referans xəbər verir ki, gecə saatlarında Rusiyanın paytaxtındakı bütün hava limanlarında pilotsuz uçuş aparatlarının hücumu ilə əlaqədar “Xalça” planı tətbiq olunub.

Bəzi hava limanlarında bu məhdudiyyət qismən aradan qaldırılsa da, bəzi yerlərdə axşamdan etibarən fasilələrlə yenidən tətbiq edilir.

“Pobeda” aviaşirkətinin Moskvadan Çelyabinskə uçmalı olan reysi artıq 12 saatdan çoxdur ki, Vnukovo hava limanında gecikir. Sərnişinlər bildirirlər ki, nə vaxt uçacaqları bəlli deyil, onlara su və yemək verilmir.

“Qızım Vnukovo hava limanındadır. Gecə saat 23:45-də uçmalı idi. Uçuş dəfələrlə təxirə salınıb. Qızıma nə yemək verilib, nə də su. Bu müddət ərzində “Pobeda” şirkəti yalnız 100 rubl dəyərində içki pulu köçürüb. Halbuki qanunla 4 saatdan sonra yemək, 6 saatdan sonra yenidən təminat verilməlidir. Hava məkanı yenidən bağlanıb, nə vaxt uçacaqları bilinmir. Qızım tab gətirə bilmədi. Biletdən imtina etməyə hazırlaşırıq. Artıq 12 saatdır nə yatıb, nə də yemək yeyib”, – deyə sərnişin Kseniya yerli mətbuata bildirib.

Sərnişinlər həmçinin hava limanındakı kafelərə daxil ola bilmədiklərini deyirlər.

Bu arada “Rosaviatsiya” rəsmi olaraq Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin qəbulu və buraxılışında məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib.

Moskva meri Sergey Sobyanin isə Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru gələn üç PUA hücumunun qarşısını aldığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki