SON DƏQİQƏ! Dünya bu xəbərlə ÇALXALANIR backend

SON DƏQİQƏ! Dünya bu xəbərlə ÇALXALANIR 

Suriyanın cənubunda, xüsusilə də Şahba və Əl-Ərikə şəhərlərində ərəb qəbilələrinə mənsub döyüşçülərlə druz silahlı birləşmələri arasında şiddətli toqquşmalar davam edir.

Referans xəbər verir ki, yerli mənbələrin bildirdiyinə görə, son günlərdə hər iki tərəf arasında qarşılıqlı hücumlar və intensiv atışmalar baş verib. Hər iki tərəf itkilər verib, lakin dəqiq rəqəmlər hələlik təsdiqlənməyib.

Münaqişənin kökündə duran səbəblərdən biri kimi bölgədəki torpaq mübahisələri, etnik və məzhəb fərqləri, habelə siyasi nəzarət uğrunda mübarizə göstərilir. Druzlar əsasən Es-Süveyda vilayətində cəmləşib.

Son məlumatlara əsasən, Suriya hökumət qüvvələri də vəziyyətə müdaxilə etməyə başlayıb. Bildirilir ki, Es-Süveyda ətrafında yerləşən bəzi strateji nöqtələrdə druz mövqeləri hökumət ordusu tərəfindən mühasirəyə alınıb. 

Ekspertlər bildirirlər ki, əgər bu toqquşmalar nəzarətdən çıxarsa, bölgədə yeni silahlı qarşıdurma dalğası başlaya bilər. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki