Əsasən rəhbərlərin götürdüyü, amma hər işçinin edə biləcəyi “istirahət” – Araşdırma

Ekspertin sözlərinə görə, iş yerini dəyişən zamanı 2-3 həftəlik istirahət götürmək normal haldır: “İnsanlar bir yerdə işləyəndə – xüsusilə Azərbaycanda – komfort zonada olurlar. Azərbaycanda işdən ayrılma qərarı insanlar üçün ağır qərardır. Kadr bu qərarı verirsə, deməli, bir müddət ağır proseslərdən keçib, iş yerində təzyiqlərə məruz qalıb, sıxıntıları, problemləri olub. Ona görə, iki-üç həftəlik dövrü, beyinlərini rahatlatmaq üçün götürürlər. Doğru qərardır. İşdən bu cür ayrılan rəhbər dostlarıma hər zaman məsləhət görürəm ki, bir neçə həftə istirahət etdikdən sonra yeni işə başlasınlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki