Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun növbəti oyunları keçiriləcək.

Referans Media xəbər verir ki, Azərbaycan millisi II turda İspaniya seçməsi ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasındakı qarşılaşma saat 18:30-da start götürəcək.

Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 15:30-da başlayacaq.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turdan sonra Azərbaycan millisi 3 xalla qrup lideridir.

Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Hələlik xalı olmayan Portuqaliya sonuncu-altıncı sıradadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki