Manuel Noyer ən titullu alman futbolçu ünvanına yiyələnib.
Bu barədə Referans Media-a məlumat yayıb.
Bildirilir ki, Almaniya Superkuboku uğrunda matçda "Borussiya Dortmund" və "Bavariya" klubları üz-üzə gəliblər. Qarşılaşma Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya"nın heyətində qapını Manuel Noyer qoruyub. 40 yaşlı qolkiper üçün bu kubok karyerasında 36-cı titul olub.
Bununla da Noyer keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq rəsmən tarixin ən titullu alman futbolçusu adına yiyələnib./ölkə.az/
