"Əl-Hilal" uruqvaylı hücumçu Darvin Nunyesin "Əl-Diriyyə"yə icarəyə verildiyini rəsmən açıqlayıb.
Referans Media Fanat.Az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti müqavilənin 2026-2027 mövsümünün sonuna qədər qüvvədə olacağını elan edib.
Nunyes "Əl-Hilal"a 2025-ci ilin yayında "Liverpul"dan qoşulub. Ötən mövsüm 27 yaşlı hücumçu 24 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarış zamanı klubun əcnəbi oyunçulara qoyduğu məhdudiyyətlərə görə heyətdən kənarlaşdırılıb.
"Transfermarkt"a görə, Nunyesin bazar dəyəri 20 milyon avrodur.
