"Fənərbaxça" rəhbərliyi son günlər mediada yayılan Aykut Kocaman ilə razılıq əldə olunması barədə xəbərlərə münasibət bildirib.
Referans Media xəbər verir ki, Sarı-lacivərdlilər rəsmi açıqlama yayaraq klubun hər hansı baş məşqçi və ya texniki heyət üzvü ilə müqavilə bağladığına dair iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıblar.
Klubun bəyanatında qeyd olunub: “"Fənərbaxça" İdman Klubunun hər hansı baş məşqçi və ya texniki heyət üzvləri ilə razılığa gəlməsi barədə çoxsaylı xəbərlər yayılır. Bu məlumatlar həqiqəti əks etdirmir. İdarə Heyətimiz hazırda heç bir baş məşqçi və ya texniki heyət üzvü ilə razılıq əldə etməyib.”
Beləliklə, Aykut Kocamanın "Fənərbaxça"ya qayıdacağı ilə bağlı ortaya atılan iddialar klub tərəfindən rəsmi şəkildə təkzib olunub.
Qeyd edək ki, Kocaman daha əvvəl həm futbolçu, həm də baş məşqçi kimi "Fənərbaxça"nın tarixində mühüm rol oynayıb və adı hər transfer dövründə klubla əlaqələndirilən şəxslərdən biri olaraq qalır.
