Azərbaycan əhalisinə sevindirici xəbər: Maaş və pensiyalar artacaq

Azərbaycan neftinin qiymətinin büdcədə nəzərdə tutulan səviyyədən yüksək olması dövlət gəlirlərinin artmasına səbəb olur. Lakin bu artım vətəndaşların maaşlarında, pensiyalarında və sosial ödənişlərində dərhal hiss olunmur.

Mövzu ilə bağlı Referans Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən yüksək olduqda dövlətin gəlirləri artır.

Onun sözlərinə görə, əlavə gəlirlər əsasən dövlət büdcəsinə və Neft Fondu vasitəsilə ölkənin maliyyə ehtiyatlarına daxil olur:

"Nəticədə hökumətin infrastruktur layihələrini maliyyələşdirmək, sosial proqramları genişləndirmək və strateji ehtiyatları artırmaq imkanları yaranır."

İqtisadçı qeyd edib ki, neft qiymətlərinin yüksəlməsi vətəndaşların gəlirlərində dərhal öz əksini tapmır:

"Maaşların, pensiyaların və sosial müavinətlərin artırılması üçün hökumətin ayrıca qərarları və büdcə dəyişiklikləri tələb olunur."

Akif Nəsirlinin fikrincə, əlavə neft gəlirləri sosial xərclərin artırılmasına, yeni iş yerlərinin yaradılmasına, təhsil və səhiyyə layihələrinin maliyyələşdirilməsinə yönəldildikdə bunun təsiri vətəndaşların rifahında daha aydın görünür.

"Buna görə də neft gəlirlərinin artması imkan yaratsa da, həmin vəsaitlərin insanların gündəlik həyatına təsiri dövlətin maliyyə və sosial siyasətindən asılı olur", – deyə iqtisadçı vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki