Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.
Referans xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının üzvləri müxtəlif əyarlı medallar qazanıblar.
Batut gimnastikası üzrə fərdi proqramda:
Selcan Mahsudova – 54.720 xal, I yer
Məhəmməd Həsənli – 47.410 xal, I yer
Aylin Ağazadə – 45.270 xal, III yer
İkili-mini batut proqramı üzrə:
Fərhad Mustafayev – 22.000 xal, II yer
Tamblinq üzrə:
Sənan Rzazadə – 85.600 xal, I yer
Hüseyn Əsədullayev – 23.500 xal, II yer.