DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycanda manatın kursuna mümkün təsirləri də müzakirə olunur.

Bəs boğazın tam açılması dolların ucuzlaşmasına səbəb olacaq və manatın məzənnəsində dəyişiklik yaradacaq?
Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, belə bir ssenaridə əsas təsir neft bazarında hiss olunacaq:


“Bu, sadəcə neftin ucuzlaşmasına gətirib çıxaracaq. Dollar isə əksinə, mövqeyini daha da gücləndirə bilər. Ona görə də Hörmüz boğazının açılmasının dolların ucuzlaşmasına səbəb olacağını düşünmürəm”.
Ekspertin sözlərinə görə, baş verənlərin Azərbaycan manatının məzənnəsinə də ciddi təsiri gözlənilmir:

“Azərbaycan manatına bunun heç bir təsiri olmayacaq. Çünki ölkədə manatın məzənnəsi inzibati üsulla sabit saxlanılır. Dolların beynəlxalq bazarlarda bahalaşması və ya ucuzlaşması bizdə birbaşa məzənnə dəyişikliyi yaratmır”.

Əkrəm Həsənov hesab edir ki, qlobal enerji bazarlarında qiymət dəyişiklikləri müşahidə olunsa da, yaxın perspektivdə Azərbaycanda manatın dollar qarşısındakı rəsmi məzənnəsində hər hansı dəyişiklik gözlənilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki