Azərbaycan onları Ermənistana təhvil verdi – 11 nəfər

Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) İrəvana təhvil verib.

Referans Media  Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.

“Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki